Erhan Toker: "Hazırda çox yorğunuq"
24.04.2025 - 22:19
Erhan Toker: "Hazırda çox yorğunuq"

"Abşeron"un baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin "Naxçıvan"la matçı (78:73) barədə fikirlərini bildirib:

"Pley-in görüşlərindən bu yana çox yaxşı mübarizə aparırıq. İşimiz çətin idi. İlk oyunu uduzmuşduq. Bu qələbə asan başa gəlmədi. Oyunçularımı təbrik edirəm. Konsentrasiyalarını itirmədilər. Sona qədər mübarizə apardılar. Bu tip matçlar məhz yaxşı mübarizə aparıb sona qədər oynadıqda qalib gəlinir. Hər hansı gərgin məqamda pozitiv olmağa çalışdıq. Sonunda bacardıq. Hazırda çox yorğunuq. Yarımfinalın ilk oyununa qədər vaxt azdır. İstiahət edib, dərhal növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, bu gün baş tutan pley-off mərhələsinin üçüncü matçında "Abşeron" "Naxçıvan"a qalib gəlib. Bunadək tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə etmişdilər. Naxçıvan təmsilçisi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək.