Erhan Toker: “Yarımfinala adlamaq istəyirik”
22.04.2025 - 23:12
Erhan Toker: “Yarımfinala adlamaq istəyirik”

"Abşeron" basketbol komandasının baş məşqçisi Erhan Toker "Naxçıvan"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. 

Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qazanılan 85:79 hesablı qələbəni şərh edib:

"Bizim üçün çox gözəl bir qələbə oldu. İlk dövrəyə bir qədər pis başladıq. Yaxşı müdafiə oluna bilmədik. Lakin 2-ci dövrədə yaxşı müdafiə olunduq. Bu gün İsmayıl Abdullayev və Ömər Yavaşın komandaya çox faydaları oldu. Təbii ki, digər basketbolçularımızın da əməyini unutmamalıyıq. Qarşıda bu rəqiblə daha bir oyunumuz var. Qələbə qazanaraq yarımfinala adlamaq istəyirik. Rəqibi də gözəl oyuna görə təbrik edirəm. Çox yaxşı komandadır. Fikrimcə, bu komandalar arasında daha bir oxşar görüş izləyə biləcəyik".

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Naxçıvan" 88:83 hesabı ilə qələbə qazanıb. Cütün taleyinə 3-cü qarşılaşmada aydınlıq gələcək.