"Fənərbaxça" heyətini belçikalı ilə gücləndirdi
26.04.2024 - 13:29
Basketbol üzrə ardıcıl ikinci dəfə Avroliqada çempion olan "Fənərbaxça Alagöz Holdinq" növbəti mövsüm üçün yeni heyətini planlaşdırmağa başlayıb.
Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, qadın basketbolçulardan ibarət komanda bu çərçivədə ilk transferini reallaşdırıb.
"Fənərbaxça" belçikalı müdafiəçi Julie Allemandı transfer edib. Mənbə klubun qısa zamanda rəsmi açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, "sarı-lacivərdlilər" bu mövsüm liqada naməğlub çempion olub.
- ÇL: "Qarabağ" rəqiblərdən top almağa görə ilk üçlükdə yer alıb
- “Fənərbaxça” Ferdinin yerinə onu düşünür
- Baxşıyev Yunanıstanda jurnalistlərin suallarını cavablandıracaq
- Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ
- Azərbaycan bədii gimnastları Dünya Kubokunda iştirak edəcəklər
0
0