"Fənərbaxça"dan ardıcıl 18-ci qələbə, "Qalatasaray" yenə uduzdu
31.03.2025 - 09:23
Basketbol üzrə Türkiyə Super Liqasının 23-cü həftəsində "Büyükçekmece" səfərdə "Qalatasaray"la üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşma qonaqların 112:110 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə "Büyükçekmece" liqada 10-cu qələbəsini qazanıb. “Qalatasaray” 3-ü ardıcıl olmaqla cari mövsümdə 11-ci dəfə məğlub olub.
"Fənərbaxça Beko" isə "Mersinspor"a qalib gəlib. Beləliklə, "sarı-lacivərdlilər" ardıcıl 18-ci qələbəsini qazanıb.
Qeyd edək ki, "Fənərbaxça" liqada keçirdiyi 23 matçda 1 dəfə məğlub olub.
- Türkiyə Kubokunda komanda meydandan çəkildi, matç dayandırıldı - VİDEO
- Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
- Mübariz Orucov: “Neftçi”nin hədəfi həmişə çempionluqdur“
- “Qarabağ” Ukrayna millisinin hücumçusunu gətirə bilər
- "Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik"
0
0