“Gəncə” ev, “Sərhədçi” səfər matçında
15.03.2025 - 10:53
“Gəncə” ev, “Sərhədçi” səfər matçında

Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün turun 3 matçı keçiriləcək.

B qrupunda turun son matçı Gəncədə baş tutacaq. Şəhərin eyniadlı komandası turnir cədvəlindəki qonşusu “Ordu”nu sınağa çəkəcək.

Digər iki görüş A qrupunda baş tutacaq. “Sabah” “Abşeron”la, “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVIII tur
15 mart

B qrupu
14:00. “Gəncə” – “Ordu”

Gəncə İS

 

A qrupu
16:00. “Sabah” – “Abşeron”

Sərhədçi İM

19:00. “Naxçıvan” – “Sərhədçi”
Sərhədçi İM