Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda bəlli olub.
Apasport.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Lənkəran" "Gəncə"ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.
- Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinin qalibləri bəlli olub
- "Zirə"nin braziliyalı futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
- Sane İngiltərəyə qayıda bilər
- "Neftçi"nin daha bir futbolçusu dünya çempionatı üçün dəvət alıb
- “Sabah” “Zirə”yə qalib gəldi, Tovuzda qollu bərabərlik - YENİLƏNİB