"Gəncə" Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyununda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv "Ordu" ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında gerçəkləşən qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 85:78.
İlk görüşdə "Ordu" qələbə qazandığı (108:106) üçün yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.
Günün ikinci matçında NTD və "Neftçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib - 97:94.
Xatırladaq ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.
- Elmar Baxşıyev: "Futbolçunun başı yarılmalıdır ki, penalti verilsin?"
- Panama millisinin futbolçusu “Sumqayıt”da
- “Kəpəz”ə “yox” deyən baş məşqçilər kimlərdir? - Eksklüziv
- “Makkabi”nin zədəliləri sağaldı - “Zirə” üçün plan
- Millimiz "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib