
"Lənkəran" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının XIX turunun "Ordu" ilə görüşünü (65:87) dəyərləndirib:
"Çətin oyun keçdi. "Ordu" qrupumuzun ən güclü komandalarından biridir. Rəqibi qələbə münasibəti ilə tə brik edirəm. Heyətlə bağlı problemlərimiz öz sözünü dedi. Ehtiyat oyunçular skamyasının kasad olması basketçuların daha tez yorulmasına səbəb oldu. Gücümüz yalnız ilk 2 dövrədə mübarizə aparmağa yetdi. Ardıcıl məğlubiyyətlərdən sonra oyunçuların psixoloji problemləri də var. Çalışacağıq ki, bunu aradan qaldırıb komandanı "Şəki" ilə oyuna kökləyək. Müntəzəm çempionatın son turunda evdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, mövsümdə cəmi 3 qələbə qazanan "Lənkəran" yer aldığı qrupda sonuncudur.
- Berdıyev onu komandada görmək istəyir
- Marko Yankoviç: “Bu mərhələdə asan rəqib yoxdur”
- Azərbaycan “Prezident Kuboku 2024”-ü 9 medalla başa vurdu
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə
- Rauf Əliyev: "Zirə" kuboku qazansa, mənim üçün sürpriz sayılmayacaq" - MÜSAHİBƏ