Basketbol üzrə ABŞ milli komandasının üzvü Joel Embiid Paris Olimpiadasında yerli azarkeşlər tərəfindən təzyiqə məruz qalıb.
Apasport.az xəbər verir ki, bunun səsbəbi idmançının Fransa yığması əvəzinə ABŞ-ni seçməsidir.
Basketbolçu bununla bağlı mətbuata açıqlama verib. Joel fransızların onu fitə basmasından təsirlənmədiyini bildirib:
"Bunun heç bir təsiri yoxdur. Dediyim kimi, mən amerikalıyam. ABŞ milli komandasında oynayıram".
Kamerun doğumlu Embiid Fransa üçün beynəlxalq arenada oynamaq istədiyini bildirdikdən sonra ölkənin Basketbol Federasiyası hərəkətə keçmiş, sonradan idmançı yığmanı rədd etmişdi. Onun bu hərəkəti azarkeşlərin qəzəbinə səbəb olub.
Qeyd edək ki, Joel Olimpiadanın ilk oyununda 11 dəqiqə meydanda olub və komandasına cəmi 4 xal qazandırıb.
- Taekvondo üzrə dünya çempionatına geri sayım başlayıb - heyət açıqlandı
- Qurban Qurbanov: “Futbolçularımın yaxşı oyuna hazır olduqlarına inanıram”
- Cəlal oynamadı, komandası uduzdu - VİDEO
- "Şahruddin topu uzaqlaşdıra bilmədiyi üçün narazılıq edirdi" - Müsahibə
- Şenol Günəş: “Dərslər çıxaracağımız anlar oldu”