Lebron Ceymsin “Leykers”dəki taleyi bəlli oldu
03.07.2024 - 17:17
NBA komandalarının yeni mövsüm hazırlıqlarının davam etdiyi dövrdə “Los Anceles Leykers”də çıxış edən Lebron Ceymsin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ulduz idmançı komandası ilə 2 illik yeni müqavilə imzalayacaq.
Lebron Ceymsin “Leykers”lə müqaviləsi bu yay başa çatıb. Bir neçə gün əvvəl Los Anceles təmsilçisi NBA draftının 2-ci turunda Lebronun oğlu Bruni Ceymsi seçib.
Qeyd edək ki, Lebron Ceyms 2018-ci ildən bəri “Los Anceles Leykers” formasını geyinir. Bu müddət ərzində o, bir dəfə NBA çempionluğu da yaşayıb.
- Xulio Velaskes: “Müdafiə olunmaq fikrində deyilik”
- Dmitri Karamarenko: “Azərbaycanın ilk oyunu səfərdə keçirməsi yaxşıdır” - MÜSAHİBƏ
- 2 boksçumuz Avropa çempionu olub, 2-si bürünc medal qazandı
- "Sevilya" belçikalı qolkiperi heyətinə qatmaq istəyir
- Minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
0
0