“Lənkəran” oyunçusu ilə yollarını ayırıb
09.01.2026 - 12:40
“Lənkəran” basketbolçusu ilə vidalaşıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Entoni Tseqakele ilə yolları ayırıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan “Xixon” klubunun şərəfini qoruyacaq.
Tseqakele cari mövsümün əvvəlində Kanadanın “Saskatçevan Reytls” klubundan “Lənkəran”a keçmişdi.
- Neapolda polislə azarkeşlər arasında toqquşma
- "Neftçi"nin yeni transferi: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır" - Müsahibə
- ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər
- Hindistanda keçirilən turnirdə 2 şahmatçımız liderlər arasındadır
- Mərakeş millisinin baş məşqçisi: "Arzumuz gerçəkləşdi"
0
0