Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.
Apasport.az xəbər verir ki, Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mellenhauer və Mersedes Uokerdən ibarət komanda yalnız finalda məğlub olub.
Yarışın ikinci günündə, qrup mərhələsinin son oyununda “Kratex Dream” (Filippin) klubuna 21:17 hesabı ilə qalib gələn milli 1/4 finalda yerli “Sriracha Eagle” komandasını (21:11), yarımfinalda Polşa “Lotto”sunu (17:16) üstələyib.
Yığmamız həlledici görüşdə Almaniya təmsilçisi “Zus”a 15:17 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz daha əvvəl qrupda üç oyun keçirib, bir qələbə qazanıb.
- Qurban Qurbanov: “Futbolçularım qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”
- "Mançester Yunayted"də yeni baş məşqçi namizədi bilinib
- II Liqa: “Ağdaş” səfərdən 3 xalla qayıdıb
- “Eqnatiya”nın prezidenti: “Onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”
- Məhşur qapıçının oğlu "Fulhem"də - Rəsmi