Millimiz Dünya Seriyasının finalına yüksəlib
13.07.2025 - 21:12
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti oyunlarını keçirir.
Apasport.az xəbər verir ki, qızlarımız yarımfinalda Rumıniyanın "Rapid Buxarest" komandasını 21:18 hesabı ilə məğıub ediblər.
Finalda Azərbaycan yığmasının rəqibi "Seattle" klubu olacaq.
Oyun Bakı vaxtı ilə saat 21:25-də start götürəcək.
Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib. Əsas mərhələnin C qrupunda isə Ukrayna (21:20) və Sinqapuru (22:10) məğlub ediblər.
- "Liverpul"un kapitanı: "Özünəinamla bağlı problemlər var"
- "Real" Luninə yeni müqavilə təklif edəcək
- PSJ xal itirdi, “Marsel”dən əzmkar qələbə
- ÇL: Koxalskinin üç seyvi günün ən yaxşı qurtarışları sırasında yer alıb - VİDEO
- Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
0
0