Millimizin heyəti bəlli olub
                    
                    15.05.2025 - 13:54
                        
                    
                    Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, Dünya kubokunun Bakıda keçiriləcək seçmə mərhələsində yığmamızda 4 basketbolçu yer alacaq.
Heyətə Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədov cəlb olunublar. Yığmamıza Zaur Paşayev başçılıq edəcək.
Qeyd edək ki, millimiz Kanada və Böyük Britaniya ilə B qrupunda mübarizə aparacaq. Yığmamız mayın 24-də saat 19:15-də Şimali Amerika, ertəsi gün saat 20:55-də Avropa təmsilçisi ilə qarşılaşacaq.
                                
                                0
                                
                                0