NBA: “Mayami Hit” qələbə qazandı, 2 oyunluq seriyaya son qoydu
08.04.2025 - 14:38
NBA: “Mayami Hit” qələbə qazandı, 2 oyunluq seriyaya son qoydu

NBA-da müntəzəm mövsüm davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.

“Sakramento Kinqs” səfərdə “Detroit Pistons”u 127:117 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb.

Növbəti qarşılaşmada isə “Mayami Hit” doğma meydanda “Filadelfiya”ya 117:105 hesabı ilə qalib gələrək, iki oyunluq məğlubiyyət seriyasına son qoyub.

NBA

Müntəzəm mövsüm

“Detroit Pistons” - “Sakramento Kinqs” 127:117

“Mayami Hit” - “Filadelfiya” 117:105