“Neftçi” Avropa Kubokunda növbəti qələbəsini qazanıb
30.10.2025 - 09:17
FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb – 104:86.
Qeyd edək ki, “Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.
- Yığmamız qitə çempionatına 3 parataekvondoçu ilə yollanır
- Konfrans Liqası: “Başakşehir”in matçında 4 qol - YENİLƏNİB
- Nazim Hüseynova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verildi
- Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
0
0