
"Oyunçularımız hücumda və müdafiədə cox möhtəşəm performans göstərdilər və xarakter nümayiş etdirərək qalib gəldilər".
Apasport.az xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının məşqçisi Daviti Çivçivadze "Sabah"la oyundan sonra deyib.
O, Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü matçında qeydə alınan 84:66 hesablı qələbəni şərh edib: "Komandamın belə oyunun gördükdə çox sevinirəm. Ancaq bu final seriyasıdı və dörd qalibiyyətə kimidir. Növbəti görüşlərə hazırlaşmalıyıq, çünki çox çətin oyunlar olacaq. İnanıram ki, gələcək oyunlarda da ən yaxşı tərəfdən özümüzü göstərəcəyik. Komandamı layiqli qələbə münasibətilə ürəkdən təbrik edirəm".
Qeyd edək ki, "Neftçi" ardıcıl iki qələbə sayəsində hesabı bərabərləşdirib - 2:2.
- Rəşad Sadıqov Slovakiyada jurnalistlərlə görüşəcək
- A Seriyası: İlin məşqçisi mükafatına namizədlər bəlli olub
- Türkiyə kuboku: “Alanyaspor” və “Göztəpə”dən evdə qələbə
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- “Ferensvaroş”un futbolçusu: "Qarabağ" itkilərlə də çox yaxşı komandadır"