Basketbol üzrə Avroliqa turnirində "Anadolu Efes" "Srvena Zvezda" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş Türkiyə təmsilçisinin qələbəsi ilə nəticələnib - 97:96.
Matçdan sonra Serbiya klubunun 34 yaşlı hücumçusu Nikola Kaliniç mətbuata açıqlama verib.
O, hakim qərarlarından narazı olduğunu dilə gətirib:
"Hakim qərarları ilə bağlı nəsə desəm, cəzalandırılacam. Bu səbəbdən heç nə deyə bilməyəcəm. "Barselona" ilə oyunda da eyni durum baş vermişdi. Bununla yaşamağı öyrənməliyik. Biz "Srvena Zvezda"yıq, Serbiyanın ən böyük klubuyuq. Amma Avroliqada "Barselona", "Efes", "Real" və ya "Fənərbaxça" deyilik. Hakimlər hər zaman onların lehinə olacaqlar. Yolumuzu itirməməliyik".
- Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO
- “Neftçi” Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNİB
- Həsənov açıqladı: "Turan Tovuz"un əleyhinə verilən penalti YANLIŞ İDİ - VİDEO
- Həvəskar xizəkçilər arasında Heydər Əliyev Kuboku keçirilib
- Premyer Liqanı A Seriyasına dəyişə bilər