Avroliqanın “Dördlər finalı”nda həlledici matçda qarşılaşacaq komandalar müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, finalda “Olimpiakos” və “Real” üz-üzə gələcək.
Ilk yarımfinalda yunan klubu “Monako”nu mübarizədən kənarlaşdırıb. Xüsusilə, 3-cü periodu 27:2 hesabı ilə üstün başa vuran “Olimpiakos” həm də turnirin rekorduna imza atıb.
Digər yarımfinalda isə “El Klassiko” baş tutub. “Barselona” favorit göstərilsə də, Madrid klubu əzmkar qələbə qazanıb.
Qeyd edək ki, həlledici oyunlar Kaunas şəhərində keçirilir.
Dördlər finalı
Yarımfinal
"Olimpiakos" - "Monako" - 76:62
"Barselona" - "Real" - 66:78
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi yekunlaşıb
- Eyni ildə dünya çempionatı və Çempionlar Liqasını qazananlar - SİYAHI
- Bir döyüşə 10 milyon dollar qazanacaq
- Estonlar Azərbaycanla oyuna görə cərimələnib