“Ordu”dan inamlı qələbə
18.03.2025 - 19:25

Azərbaycan Basketbol Liqasında XIX tur davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun gününə start verilib.
B qrupunda “Ordu” ilə “Lənkəran” üz-üzə gəlib. Autsayderlə görüşdə meydan sahibləri çətinlik çəkməyiblər. "Ordu" 87:65 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XIX tur
18 mart
B qrupu
16:00. “Ordu” – “Lənkəran” - 87:65 (14:16, 26:22, 23:13, 24:14)
“Sərhədçi” İdman Mərkəzi
0
0