"Pley-offda "Neftçi” ilə oyunun maraqlı və şən keçəcəyini düşünürəm".
Apasport.az xəbər verir ki, bunu "Ordu”nun oyunçusu Brendon Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Neftçi” ilə oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı basketbolçu rəqibin çox güclü olduğunu vurğulayıb.
"Pley-offda mübarizə apardığımıza görə çox sevincliyik. İndi daha diqqətli və əzmkar olmalıyıq. Pley-off matçları adi oyunlardan çox fərqlənir. Burada həyəcan və adrenalin ən yüksək səviyyədə olur. “Neftçi” ilə oyunun da maraqlı və şən keçəcəyini düşünürəm. Burada yaxşı fiziki mübarizə və gözəl emosiyalar olacaq. Rəqibimiz çox güclü komandadır. Onlara qarşı bütün gücümüzü ortaya qoyacağıq. Bu seriyanın necə nəticələnəcəyini səbirsizliklə gözləyirəm. İnanıram ki, sonda qalib gələn “Ordu” komandası olacaq".
Qeyd edək ki, “Neftçi” - “Ordu” görüşü bu gün, saat 18:00-da Bakı İdman Sarayında başlayacaq.
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
- Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
- “Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var"
- "Qarabağ"dan tanınmış klubun braziliyalı forvardına təklif – SON DƏQİQƏ
- “Fənər”in qolkiperi sabiq klubuna qayıdır?