Paris-2024: Milli komandamız ABŞ ilə qarşılaşacaq
31.07.2024 - 09:55

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın 4 idmançısı və 1 komandası yarışacaq.
Günün ilk görüşündə avarçəkən Diana Dımçenko gücünü sınayacaq. O, 6-12-ci yerlər uğrunda mübarizə aparacaq.
Daha sonra triatlonda Rostislav Pevtsov mübarizəyə qoşulacaq.
Cüdoçu Elcan Hacıyev 90 kq-də yarışa başlayacaq. Badmintonçu Edi Reski Dviçayo isə qrup mərhələsində növbəti görüşünə çıxacaq.
Günün son yarışında 3×3 basketbol üzrə Azərbaycan yığması ABŞ ilə üz-üzə gələcək.
- Samuel Etooya yeni ittiham: Danışılmış oyunlar
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- Azərbaycan gimnastı Avropa çempionatının final mərhəsinə çıxdı
- Belottinin yeni klubu müəyyənləşdi
- “Çelsi” və “Arsenal”dan qələbə, “Yunayted” məğlub oldu
0
0