Qadın Basketbol Liqasında ilk mərhələ yekunlaşıb
08.04.2025 - 20:27
Qadın Basketbol Liqasında ilk mərhələ yekunlaşıb

3x3 basketbol üzrə ABB Qadın Basketbol Liqasında ilk mərhələyə yekun vurulub.

Apasport.az xəbər verir ki, aprelin 7-8-də Bakı İdman Sarayında keçirilən yarışın qalibi RİOEUGİM-2 komandası olub.

İlk mərhələnin final oyununda RİOEUGİM-2 “Neftçi” ilə qarşılaşıb. Onlar 21:10 hesabı ilə qalib gələrək fəxri mükafata sahib olublar. Final oyunun ən dəyərli basketbolçusu (MVP) qalib komandanın heyətində Leyla Allahverdiyeva seçilib.

Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.