"Quba" heyətini yeni legionerlə gücləndirib
05.09.2025 - 15:23

"Quba" yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Mayk Raytla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1998-ci il mayın 25-də ABŞ-ın Cənubi Karolinanın Summerville şəhərində dünyaya gələn Vayt artıq ölkəmizə dəvət edilib və onunla müqavilə imzalanıb.
"Quba"nın yeni legionerinin ilk olaraq ABŞ-ın "University of illinois Springfield" komandasında oynayıb.
Hücumameyilli müdafiəçi Azərbaycana gələnə qədər "Vlajniya" (Albaniya) və GAU (Gürcüstan) klublarında çıxış edib.
0
0