"Quba"dan inamlı qələbə
13.03.2025 - 17:17
"Quba"dan inamlı qələbə

Azərbaycan Basketbol Liqasında XVIII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

"Lənkəran" "Quba"nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 95:86.

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.