Rimas Kurtinaytis: “Gedişatı dəyişməyi bacardıq”
19.04.2025 - 00:05
"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, "Sərhədçi" ilə oyunu (90:64) dəyərləndirib:
"Hər iki tərəf oyuna tam hazır deyildi. Rəqib son 9 gündə dördüncü oyununa çıxırdı. Bizim isə fasilədən sonra ilk oyunumuz idi. Bu səbəbdən rəqib sonuncu periodda problem yaşadı. Biz isə əksinə oyunun əvvəlində özümüzə bənzəmirdik. Buna baxmayaraq gedişatı dəyişməyi bacardıq və basketbolçularımız yenidən oyun ritminə qayıtdı".
Qeyd edək ki, seriyanın ikinci oyununa "Sərhədçi" evsahibliyi edəcək.
- "Zirə"nin prezidenti “Ər-Rayyan” klubunun rəsmiləri ilə görüşüb
- Taekvondo üzrə millimizin baş məşqçisi açıqlanıb
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- Ehtiram Quliyev: "Bütün Qərb bölgəsini təbrik edirəm" - VİDEO
- "Qalatasaray"da İlkay Gündoğan səsləri
0
0