“Sabah” son matçda məğlub oldu
16.09.2025 - 21:25
“Sabah” son matçda məğlub oldu

Litvada təlim-məşq toplanışında olan "Sabah" yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi "Ritas" ilə qarşılaşıb.

Təmsilçimiz 93:105 hesabı ilə uduzub.

Qeyd edək ki, "Sabah" Azərbaycanı ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək. "Bayquşlar" Litvada keçirdikləri yoxlama oyunlarında ev sahiblərinin "Yuventus" (90:83), "Qarqjday" (96:92) və "Nevejis" (108:82) klublarını məğlub edib, "Neptunas" (88:98) və "Jalgiris" kollektivlərinə (58:75) uduzub.