“Sabah”dan Cəlilabadda QƏLƏBƏ
17.03.2024 - 02:22
Azərbaycan Basketbol Liqasında 15-ci turun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Cəlilabadda eyniadlı komanda liderlər qrupunda qərarlaşan “Sabah”ı qəbul edib.
Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.
Tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
- Cüdoçularımız dünya çempionatını iki medalla başa vurublar
- Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli oldu
- Modriç yığması ilə “Real”ın DNT-sini istəyir
- III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib
- "Brayton" və "Mançester Yunayted" ingilis yarımmüdafiəçi ilə maraqlanır
0
0