“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib
02.07.2025 - 15:48
Basketbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutan mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri bəlli olub.
Püşkə əsasən, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda B qrupda mübarizə aparacaq. "Sabah"ın rəqibləri “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və 3-cü təsnifat qrupunun qalibi olacaq.
Qeyd edək ki, müntəzəm çempionata oktyabrın 7-də start veriləcək.
- İlkin Qırtımov: "Komandamın yanında olmaq üçün məşqlərə tez qoşulmağa çalışacağam"
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Stolüstü tennisçimiz Fransada bürünc medal qazanıb
- “Qəbələ” Sxadadze ilə yollarını ayırdı - RƏSMİ
- II Liqada "Ayın qolu" layihəsinin ilk qalibi mükafatlandırılıb
0
0