“Şəki”dən inamlı qələbə
14.03.2025 - 21:24
Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma B qrupunda baş tutub.
Sumqayıtda keçirilən görüşdə eyniadlı komanda liderliyə şərik “Şəki” ilə üz-üzə gəlib.
Oyun qonaqların üstünlüyü ilə keçib. Yekunda "Şəki" 104:96 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVIII tur
B qrupu
19:00. “Sumqayıt”– “Şəki” - 96:104 (22:26, 23:30, 28:19, 23:29)
- Messi Niderland – Argentina oyununun hakiminə niyə zəng edib?
- Blatter və Platininin şərti həbsi tələb olundu
- Türkiyəli Olimpiya mükafatçısı Milli Gimnastika Arenasının qonağı olub
- Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”
- Qələbə gününə həsr olunmuş kikboksinq yarışları başa çatıb
0
0