Ben Simmons basketbol üzrə Avstraliya yığmasına cəlb olunacaq.
Apasport.az saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Brayan Qurcan məlumat verib.
“Bruklin”in şərəfini qoruyan Simmons NBA-nın istedadlı basketbolçularından sayılsa da, ümidləri doğrultmayıb. Yığmanın baş məşqçisi Benin dünya çemponatının startınadək optimal forma yığacağına ümid etdiyini deyib: “Simmonsun əsas məqsədi forma yığmaq və var gücü ilə çıxış etməkdir. Böyük ehtimalla, o, dünya çempionatında çıxış edəcək”.
Qeyd edək ki, basketbol üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 10-dək davam edəcək. Avstraliya Almaniya, Finlandiya və Yaponiya ilə eyni qrupda yarışacaq.
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
- “Trabzonspor” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ
- Portuqaliya dünya çempionu olsa, Ronaldo karyerasını bitirəcək
- Millimizin baş məşqçisi jurnalistlərin qarşısına çıxacaq
- Millimiz 5 qol vurdu, qalib gələ bilmədi