"Sumqayıt"da yeni baş məşqçi
04.09.2024 - 16:53
“Sumqayıt” klubu baş məşqçisi Teymur Hüseynovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi təcrübəli mütəxəssislə müqaviləni yeniləməyib. Əvəzində isə komandaya növbəti mövsümdən rusiyalı mütəxəssis Aleksandr Mixaylov rəhbərlik edəcək.
46 yaşlı məşqçi ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov”da Rusiya II Liqasının qalibi olub.
A.Mixaylov daha sonra Maqnitaqorsk “Metallurq”u və “Novasibirsk” klublarını çalışdırıb. Onun son iş yeri “Peresveta-YFU” (Rostov) komandası olub.
- Azərbaycan çempionatının oyunları təxirə salındı - SON DƏQİQƏ
- “Qarabağ” “Top-60”da: “Fiorentina”ya çatdı, “Qalatasaray”a bir addım qaldı
- "Neftçi"də "yarpaq tökümü" - ONLAR GÖNDƏRİLDİLƏR
- Futbol akademiyaları üçün 5 ulduz sertifikatlaşdırma modeli müzakirə olunub
- Millətlər Liqası: Kerem Aktürkoğlu Ronaldo və Haalandı geridə qoyub
0
0