“Sumqayıt”dan ev qələbəsi
                    
                    17.03.2025 - 20:55
                        
                    
                    Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.
Apasport.az xəbər verir ki, bu gün bir matç keçirilib.
"Sumqayıt" "Ordu"nu qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan B qrupunun görüşündə meydan sahibləri 112:103 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.
                                
                                0
                                
                                0