Yeni mövsümə hazırlaşan "Sumqayıt" amerikalı basketbolçu Si Cey Consu transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
198 sm boya malik 27 yaşlı oyunçu həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində oynayır.
Karyerasına Alabama ştatının "Birmingem" komandasında başlayan Cons buna qədər Niderland və Kipr çempionatlarında da oynayıb. O, son olaraq Panamanın "Dragones de Don Bosco" klubunda çıxış edib.
Si Cey Panama çempionatında hər oyuna orta hesabla 19 xal və 6,3 ribaundla yadda qalıb. O, hətta Panamada "ilin legioneri" mükafatını da qazanıb.
- Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi müəyyənləşib
- Vurğun Hüseynov: "Belçikaya qarşı Bakıda keçirdiyimiz görüş mənim üçün unudulmazdı" - Müsahibə
- PSJ-dən getməyə qərar verdi
- Meza Kolli: “Mutu “Neftçi” üçün yaxşı işlər görəcək” - Eksklüziv
- Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək