“Sumqayıt”dan yeni transfer
20.09.2025 - 12:56
"Sumqayıt" növbəti transferini həyata keçirib.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi amerikalı basketbolçu Elayca Hatçins-Everetti heyətinə qatıb.
23 yaşlı oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin "Ostin Pi Qaverners" klubunda karyerasına başlayan Elayca 2 il sonra "Seton Holl Payrets" komandasına keçib. O, ötən mövsüm "Ceyms Meddison Dyuks" kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.
- Ramil penalti qazandırdı, komandası qalib gəldi
- Cüdoçularımız İspaniyada təlim-məşq toplanışı keçirir
- Adil Şükürov: “Əsas məqsədimiz komandanı Premyer Liqada saxlamaqdır" - MÜSAHİBƏ
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
0
0