
"Ən yaxşı oyunlarımız hələ qabaqdadır".
Apasport.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
“Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Qarşılaşma bizim üçün çətin keçdi. Hücumda yaxşı çıxış etdik, 80-dən çox xal topladıq. Ancaq müdafiədə heç də həmişə uğurlu oynamadıq. Üçüncü periodun ortasında zona müdafiəyə keçdik. Bu da öz nəticəsini verdi. Oyunçular daha yaxşı müdafiə olunmağa və bir-birlərini başa düşməyə başladılar. Hesab edirəm ki, bu komandanın potensialı daha yüksəkdir. Əminəm ki, ən yaxşı oyunlarımız hələ qabaqdadır”.
Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.
- Voleybol çempionatlarında yarımfinal mərhələsinin təqvimi müəyyənləşdi
- Konfrans Liqası: Türkiyə klubları səfərdə qələbə qazana bilmədi
- Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"
- Mişel Platini: "Kenan Yıldız mənim kimi yaradıcı olsun"
- Şahmatçımız dünya çempionatında ikinci oldu