Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ilk oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Görüşün əvvələrindən üstünlüyü ələ keçirən "Xəzri" yekunda 95-70 hesablı önəmli qələbə qazanıb.
Bu qələbə ilə "Xəzri" final seriyasında 1-0 hesablı üstünlük əldə edib.
Ən məhsuldar basketbolçular: "Sabah" (Maykl Holton - 19 xal, 9 asist), "Xəzri" (Ceremi Maklaflin - 20 xal, 5 ribaund)
Qeyd edək ki, final seriyasının ikinci oyunu 19 may tarixində keçiriləcək.
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- Millimiz Portuqaliyaya uduzdu - YENİLƏNİB
- Ölkə çempionatı: Sərbəst güləş üzrə ilk medalçılar müəyyənləşib
- Bakıda "Dünya Neft və Qaz Kuboku 2025" layihəsinə start verilib
- "Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb - rəsmi