1/4-də növbəti qarşılaşma: İspaniya - Belçika
07.07.2026 - 06:15
DÇ-2026-nın 1/4 finalında daha bir cüt müəyyənləşib.
Apasport.az xəbər verir ki, Belçika 1/8 final mərhələsində ABŞ-ni 4:1 məğlub edərək adını növbəti mərhələyə yazdırıb.
Belçikalılar 1/4 finalda Portuqaliyanı 1:0 hesabı ilə üstələyən İspaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, İspaniya - Belçika qarşılaşması iyulun 10-da keçiriləcək.
0
0