Ançelottidən ÇL rekordu
03.11.2022 - 09:21
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında ən çox qələbə qazanma rekorduna yiyələnib.
Apasport.az saytının məlumatına görə, “kral klubu”nun çalışdırıcısı qrup mərhələsinin son turunda “Seltik”lə görüşdə (5:1) buna nail olub.
İtaliyalı mütəxəssis qitənin ən nüfuzlu klub turnirində qalibiyyət sayını 103-ə çatdırıb. Bu göstərici ilə o, turnirdə 102 qələbə qazanmış “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonu qabaqlayıb.
Qeyd edək ki, “Real” F qrupunda 13 xalla birinci yeri tutub.
- Cavid Qurbanov: “Ordumuzun şücaəti sayəsində biz Xankəndinin mərkəzində yarış keçiririk”
- Davin Cəfərov Portuqaliyada keçirilən turnirdə ikinci olub
- 12 güləşçimiz Türkdilli Dövlətlərin Universiadasında mübarizə aparacaq
- FIFA “Bursaspor”a transfer qadağası qoydu – Namik Ələskərov səbəbkar oldu
- Azərbaycanda ilin ən yaxşı futbolçusu bəlli oldu
0
0