Argentina açılış matçında qələbə qazanıb
21.06.2024 - 09:17
Bu gecə futbol üzrə Amerika Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, ABŞ-da keçirilən turnirin açılış matçında son dünya çempionu Argentina millisi qələbə qazanıb.
Kanada millisi ilə qarşılaşan “tanqoçular” meydandan 2:0 qələbə ilə ayrılıblar.
Argentinanın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
- "Vugar Gashimov Memorial-2022": İkinci günün nəticələri
- Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək
- Arif Əsədov: "Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq"
- U-17 millimiz Fransa, İsrail və Rumıniya yığmalarına rəqib olub
- "Prezident Kuboku-2025” Füzuli, Mingəçevir və Suqovuşanda keçiriləcək
0
0