Asensio sıradan çıxdı
09.09.2023 - 12:53
Marko Asensio növbəti matçda İspaniya millisinə kömək edə bilməyəcək.
Apasport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla keçirilən oyunda zədələnib.
Matçın 44-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan futbolçunun Kiprə qarşı oyunda forma geyməyəcəyi bildirilir. Ayağından zədə alan futbolçunun durumuna həkimlərin müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, 8 qolun vurulduğu Gürcüstan – İspaniya qarşılaşması qonaqların 7:1 hesablı qələbəsi ilə başa çatıb.
- "Turan Tovuz" doğma meydana qayıdışını qələbə ilə qeyd etdi - YENİLƏNİB
- “Osasuna”nın danışılmış oyunlarda iştirakı sübut olunsa...
- Siyasət Əsgərov: “Bura qələbə istəyi ilə gəlmişik”
- Aziz Yıldırım namizədliyini geri çəkə bilər
- "Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB
0
0