"Qarabağ" Avropa Liqasın Liqa mərhələsinin III turunda "Ayaks"la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, qonaqların Azərbaycana gətirəcəyi heyət bəlli olub.
Niderland klubu səfərə 24 futbolçu ilə çıxacaq. Turnir üçün iştirak ərizəsində A və B vərəqlərində ümumilikdə 49 futbolçu sifariş edən baş məşqçi Françesko Farioli onların yarıdan çoxunu Amsterdamda saxlayıb. Bakıya gələn heyətə Cey Qorter, Remko Pasvir, Diant Ramay, Devin Renş, Anton Qaei, Jorrel Hato, Ouen Viyndal, Ahmetcan Kaplan, Daniele Ruqani, Dies Yanse, Yosip Şutalo, Cordan Henderson, Kennet Teylor, Branko van den Bumen, Kian Fitz-Jim, Bencamin Tahiroviç, Brayan Brobbi, Çuba Akpom, Mika Qodts, Bertran Traore, Vaut Veqhorst, Kristian Rasmussen, Yorti Mokio və Ceydon Banel daxil edilib.
Qeyd edək ki, “Qarabağ”la “Ayaks” arasında III turun oyunu oktyabrın 24-də keçiriləcək.
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkü atılıb - FOTO
- “Qarabağ”ın yeni transferi: “Yeni tarix yazmağın vaxtı gəldi”
- Sərxan Əliyev Avropa Oyunlarında yarımfinala yüksələ bilmədi
- Hakimləri çaşbaş qoyan Nadia Komaneçi: Mükəmməlliyin sinonimi