İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk matçında "Barselona" və "Atletiko" komandaları üz-üzə gəlib.
Matça sürətli başlayan Madrid təmsilçisi 1-ci və 6-cı dəqiqələrdə vurduğu qollarla 2:0 önə keçib. "Barselona" isə 19 və 21-ci dəqiqələrdə ardıcıl qollarla hesabı bərabərləşdirib.
Oyuna nəzarəti ələ keçirən kataloniyalılar 41-ci dəqiqədə İniqo ilə 3:2 önə keçib və ilk hissə bu hesabla başa çatıb.
Levandovski 74-cü dəqiqədə hesabı 4:2 edib. Lorente 84-cü dəqiqədə qol vuraraq "Atletiko Madrid"i yenidən matça ortaq edib. Əlavə vaxtın son dəqiqələrində (90+3) Alexander Sörlot hesabı 4:4 edərək komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, cütlüyün cavab matçı aprelin 2-də keçiriləcək.
Digər finalçı isə “Real Madrid” və “Real Sosyedad” komandalarının mübarizəsi nəticəsində bəlli olacaq.
- Niderland millisinin AVRO-2024 üçün heyəti bilindi
- "Kəpəz" sabiq hücumçusunu heyətinə qatıb
- Misli Premyer Liqasının XXXII turu rəqəmlərin gözü ilə
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
- Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəldi - VİDEO