Benzia oynadı, millisi qələbə qazandı
21.03.2025 - 21:44
"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Botsvanaya qarşı meydana çıxıb.
Səfərdə keçirilən qarşılaşma Yassinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Benzia 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra Əlcəzair komandası 12 xalla lider mövqeyində qərarlaşıb. Komanda martın 25-də öz meydanında Mozambiklə üz-üzə gələcək.
- Millimizin üzvü: "Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik"
- “Yuventus”da yeni müqavilə
- “Neftçi”nin namizədinin 5 variantı
- Avropa Liqası: "Beşiktaş" darmadağınla liqa mərhələsinə yüksəldi - YENİLƏNİB
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
0
0