Beyl 64 illik həsrətə son qoydu
22.11.2022 - 09:01
Qətərdə keçirilən dünya çempionatındakı ilk oyun Uels yığmasının kapitanı Qaret Beyl üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu ABŞ-la görüşdə komandasına 1 xalı qazandıran qola imza atmaqla (1:1) 64 illik həsrətə son qoyub.
Beyl Uels yığmasının 1958-ci ildən bəri mundiallarda ilk qolunun müəllifi olub. Ona qədər sonuncu dəfə DÇ-1958-də Macarıstanla qarşılaşmada Terri Meduin fərqlənmişdi.
Qeyd edək ki, Uels B qrupunda növbəti oyununu noyabrın 25-də İrana qarşı keçirəcək.
- Milli Paralimpiya Komitəsi Azərbaycan Taekvondo Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
- "Arsenal"ın futbolçusu: "Tottenhem"ə 10 qol vura bilərdik, bəxtimiz gətirmədi"
- Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb
- ABL: “Sumqayıt” Lənkəran təmsilçisinə qarşı
- Yurgen Kloppun köməkçisi "Beşiktaş" yolunda
0
0