Braziliya millisinin hücumçusu üçün DÇ-2022 bitdi
03.12.2022 - 16:00
Braziliya millisi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, pentakampeonların hücumçusu Qabriel Jezus DÇ-2022-ni başa vurub.
Forvard dizindəki zədə üzündən mundialın qarşıdakı görüşlərində forma geyinməyəcək. Qabriel qrup mərhələsinin son turunun Kamerunla matçında xəsarət alıb. Onun 2023-cü ilin yanvarında meydana qayıda biləcəyi gözlənilir.
Qeyd edək ki, Braziliya 1/8 finalda Cənubi Koreya ilə qarşılaşacaq.
- Bakıda növbəti dəfə “ustad dərsi" keçirilib - FOTO
- Türkiyə millisinin 2 əsas üzvü Avstriya ilə matçı buraxacaq
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- Xavi: "Pley-off mərhələsində bu cür səhvləri təkrarlaya bilmərik"
- Olmo "Barsa"ya 3 xal qazandırıb
0
0