Braziliya millisinin baş məşqçisi Çiçi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqdan sonra istefa verdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, əsl adı Adenor Leonardo Baki olan məşqçi bu barədə bunları deyib:
“Məğlubiyyət ağrılıdır, amma mən sakitəm. Bu, mənim milli komandadakı dönəmimin sonudur”.
Qeyd edək ki, 61 yaşlı mütəxəssis 2016-cı ildən Braziliya millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2018-ci il mundialında Belçikaya, 2022-ci ildə Xorvatiyaya uduzub. Hər iki halda komanda yalnız 1/4 finaladək irəliləyə bilib. Braziliya millisi onun rəhbərliyi altında yalnız Amerika Kubokunu (2019) qazanıb.
- “Benfika”nın futbolçusu “Real”la matçı buraxacaq - Vinisiusa görə
- Yığmamızın məşqçisi: "Komandamız EYOF-dan Vətənə medallarla qayıdacaq”
- "Neftçi"yə bosniyalı qapıçı: Amma bir problem var...
- "Qarabağ" tribunalara işğaldan azad olunmuş şəhərlərin adlarını verib
- AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib