“Sabah” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Finlandiya təmsilçisi “KuPS”u qəbul edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Oyunun taleyini 1 qol həll edib. "Bayquşlar" Velko Simiçin 45+1-ci dəqiqədə vurduğu qolla minimalhesablı qələbə qazanıb.
“Sabah” – “KuPS” cütünün cavab görüşü iyulun 28-də Finlandiyada keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00 Sabah – KuPS (Finlandiya) 1:0
“Bank Respublika Arena”
"Sabah": 92. Stas Pakatilov, 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmoriv, 27. Timoteuş Puxaç, 7. Umarali Rahmonaliyev, 13. İvan Lepinitsa, 10. Aleksey İsayev, 11. Kahim Parris, 11. Velko Simiç, 20. Coy-Lens Mikels
Baş məşqç: Valdas Dambrauskas
Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 33.Almeyda, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.
"KuPS":Kreydi, Antvi, Nuhu, Maqassa, Puukko, Pennaen, Kask, Armah, Enqvall, Juru, Parzşek
Ehtiyat oyunçular: Rihimaki, Silen, Hayskanen, Savolaynen, Moreno, Kujasalo, Haynonen, Luyeye-Lutumba, Touray, Lötjönen, Rikaro Arauxo, Hamalaynen
Baş məşqçi: Miika Nuutinen
- “Qarabağ”a 2 qol vurdu, “Real”ın transfer siyahısına düşdü
- Ruzanna Məmmədova : "17 yaşda fəxri kürsüyə qalxmaq mənim üçün böyük uğurdur”
- 19 aprel dünyada Ədalətli İdman Günü elan edilib
- Şahruddin Məhəmmədəliyev: "Rəqiblərimiz çox ciddi komandalar idi" - Müsahibə
- Samir Musayev: “Qarabağ" sanki motor kimi idi - Müsahibə