Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunub.
Mərasimə qitənin ən güclü 8 komandası qatılıb. Öncə 1/4 final cütləri müəyyənləşib. Püşk “Mançester Siti” və “Bavariya”nı üz-üzə qoyub.
Ardınca qalibləri yarımfinalda üz-üzə gələcək cütlər bəlli olub. Tədbirdə final matçının da püşkü atılıb. İstanbuldakı qarşılaşmanın nominal meydan sahibi müəyyənləşib.
Çempionlar Liqası
1/4 final (11-12 və 18-19 aprel)
1. “Real” (İspaniya) - “Çelsi” (İngiltərə)
2. “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya)
3. “Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)
4. “Milan” (İtaliya) - “Napoli” (İtaliya)
1/2 final (9-10 və 16-17 may)
4-cü cütün qalibi - 2-ci cütün qalibi
1-ci cütün qalibi - 3-cü cütün qalibi
Final (10 iyun, İstanbul, Türkiyə)
2-ci cütün qalibi - 1-ci cütün qalibi
- "İnter Mayami"dən Messinin zədəsi ilə bağlı açıqlama
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
- Aleksandr Çertoqanov: “Nəticələrə millinin baş məşqçisi cavabdehdir”
- Caka İsveçrə millisində rekorda şərik oldu
- Karateçimiz "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb - FOTO