Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
20.02.2025 - 11:36

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra (nəticələrə bax) həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Apasport.az xəbər verir ki, namizədlər “Real”dan Kilian Mbappe, PSJ-dən Vitinya, PSV-dən Noah Lanq və “Benfika”dan Orkun Kökçüdür.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
0
0